Yevlaxda əhalinin vaksinasiya prosesi davam etdirilir.
Hazırda Yevlaxda Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaq məqsədi ilə vətəndaşların COVİD 19 əleyhinə peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi uğurla davam etdirilir. Bu günə kimi rayonda artıq 18237 nəfərə COVİD 19-a qarşı vaksin, o cümlədən 6100 nəfərdən çox şəxsə ikinci doza vaksini vurulub.
Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları rayonda mütəmadi olaraq reydlər keçirirlər. Reydlər zamanı sakinlərə Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkədə pandemiya ilə mübarizə sahəsində görülmüş işlər barədə məlumat verilərək hər bir vətəndaşın, ailə üzvünün sağlamlığının qorunması üçün hamını bu prosesdə fəal iştirak etmək tövsiyə olunur.