Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxlı qazi əlil arabası ilə təmin edildi

29 aprel 2021 | 16:00

 

Ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da şəhid ailələri və qazilər dövlət qurumları və ictimaiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.
Bu diqqət və qayğının nəticəsi olaraq İkinci Vətən müharibəsində Suqovuşan qəsəbəsinin azad olunmasında iştirak edərək yaralanmış Yevlax rayonunun Malbinəsi kənd sakini  qazi Rövşən Həsənov Yevlax İcra Hakimiyyəti tərəfindən əlil arabası ilə təmin edilmiş, ŞİH-nin məsul əməkdaşları qazini ziyarət edərək arabanı ona təqdim etmişlər.

Keçidlər