Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

28 aprel 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaş müraciətlərinə həssas yanaşılaraq həftənin bütün iş günləri ərzində vətəndaşlar qəbul edilir, onların müraciətləri diqqətlə dinlənilir.
Şəhər İcra Hakimiyyətinin Başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən təyin edilmiş qəbul günlərindən əlavə olaraq hər gün İcra Hakimiyyətinə müraciət edən vətəndaşların sualları dinlənilir, qaldırılan məsələlərin yerində obyektiv araşdırılması ilə bağlı əməli işlər görülür.
Şəhid ailələrinin üzvləri, Qazilər və Vətən müharibəsi iştirakçıları növbədən kənar qəbul edilirlər.

Keçidlər