Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirildi

27 aprel 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev videoformatda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib. Fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub.
Müraciətlər işlə təmin olunma, məhəllə daxili yolların təmiri, evlərə telefon xəttinin çəkilməsi və internetin verilməsi eləcədə digər məsələlərini əhatə edib.
Səsləndirilən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin həlli ilə bağlı yerindəcə tapşırıq verilib. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmayan məsələlər isə müvafiq qurumlara yönləndiriməsi üçün qeydiyyata alınıb. 
Qəbula iştirak edənlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər