Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl facisəsinin ildönümü ilə əlaqədar faciə nəticəsində əlil olmuş yevlaxlılarla görüş keçirildi

26 aprel 2021 | 16:00

 

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən görüş Azərbaycanın  ərazi  bütövlüyü, müstəqilliyi   uğrunda   şəhid  olanların və Çernobıl faciəsi  qurbanlarının   əziz  xatirəsinin   bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Görüşdə çıxış edən  Yevlax   İcra  Hakimiyyəti  Başçısının  müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Möhtərəm Prezidentimiz Cənab  İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
Görüşdə  çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər