Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda abadlıq işləri davam etdirilir

24 aprel 2021 | 16:00


Respublikamızda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Yevlaxda da küçə, prospekt və parkların abadlaşdırılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Belə ki, şəhərin Heydər Əliyev prospektində,Nizami prospektində, Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun şəhər ərazisindən keçən hissəsinin kənarında Şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumları tərəfindən  mövsümlə əlaqədar ağaclar budanıb, müxtəlif növ dekorativ gül kolları əkilib, İşıqlandırma dirəkləri təmir edilib, yuyulub.
Bundan əlavə Covid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərlə yanaşı, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar dezinfeksiya olunub.

 

Keçidlər