Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşları növbəti dəfə video qəbul formatında dinlədi.

20 aprel 2021 | 16:00


20.04.2021-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti başçısı Anar Tağıyevin rayon sakinləri ilə hər çərşənbə günü olduğu kimi növbəti dəfə video-qəbulu keçirilmişdir.
Video qəbulda iştirak edən 20 nəfərdən artıq sakin ŞİH Başçısı tərəfindən fərdi qaydada dinlənilmiş, sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırmışdır.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə şəhərin idarə və müəssisə  rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbul zamanı ŞİHB-ı Anar Tağıyev Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışmış, vətəndaşlarımıza dövlətin atdığı addımlara dəstək olmağa çağırmışdır.
Qəbula iştirak edənlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər