Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid Elton Məmmədovun ad günü qeyd olundu

19 aprel 2021 | 16:00

 

Ağdam rayonundan məcburi köçkün, Yevlax şəhərində müvəqqəti məskunlaşaraq yaşamış,torpaqlarımızın bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Elton Ramil oğlu Məmmədovun ad günü Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri ilə  birlikdə qeyd olundu. Şəhid Elton Məmmədov Ölkə Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olundu. Daha sonra  Şəhid Elton Məmmədovun keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışıldı.
Tədbir zamanı Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.
Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət, qayğıdan razılıqlarını bildirərək Ölkə Başçısı Cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər