Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda koronavirus (COVİD-19) infeksiyası əleyhinə növbəti reydlər keçirilmişdir

16 aprel 2021 | 16:00

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı yanında yaradılmış mobil qrupları tərəfindən koronavirus (COVİD-19) infeksiyası əleyhinə növbəti reydlər keçirilmişdir. Reydlər zamanı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla maarifləndirici söhbətlər aparılmış, təbliğat-izahat işləri gücləndirilmişdir. Eyni zamanı vətəndaşlara metodiki göstərişlər verilmiş,  müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsi, tibbi-mühafizə vasitələrindən, tibbi maskalardan, əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulanmış, Dövlətimiz tərəfindən əhalinin sağlamlığı üçün görülən işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilmişdir.

 

 

  

Keçidlər