Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib.

13 aprel 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilib, bir qismi yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Həmçinin qəbula gələn vətəndaşlara tibbi maskalardan istifadə, sanitar-gigiyena qaydalarına əməl edilməsi və sosial məsafənin saxlanılması tövsiyə edilmişdir.
Qəbula iştirak edənlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər