Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qanvermə aksiyası keçirilib

01 aprel 2021 | 16:00


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyası çərçivəsində Yevlax şəhərində növbəti aksiya keçirilib.
Yevlax şəhər Mərkəzi Xəstəxanasında keçirilən aksiyaya Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri də könüllü qoşularaq qan veriblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir regional filialının həkim briqadası iştirakçıları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən aksiyanı əhali razılıqla qarşılayıb. Sakinlər bu aksiyanın humanist addım olduğunu, talassemiya və irsi və qan xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarını bildiriblər.

Keçidlər