Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib

29 mart 2021 | 16:00


Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı Yevlax şəhərində də qeyd edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, DTX-nın yerli şöbəsinin əməkdaşları və hüquq mühafizə orqanlarının yerli qurumlarının rəhbərləri  Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.
   Təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmişdir. Heydər Əliyev bu sahənin inkişafına və milliləşməsinə nail olmuşdur. Ümummilli Liderin 1997-ci il 23 mart tarixli sərəncamı ilə ilk təhlükəsizlik orqanlarının yarandığı gün, martın 28-i Azərbaycan Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd edilir.  Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev də milli təhlükəsizlik orqanlarının inkişafına hər zaman diqqət və qayğı göstərir. Bu gün Cənab Prezidentimizin rəhbərliyi ilə Respublikamızın Təhlükəsizlik Xidməti orqanları XXI əsrin tələblərinə cavab verən, dünyanın aparıcı dövlətlərinin xüsusi xidmətləri tərəfindən bərabər tərəfdaş kimi qəbul edilən bir orqan səviyyəsinə yüksəlmişdir. Fəaliyyətini zamanın tələblərinə uyğun olaraq təkmilləşdirən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın müstəqilliyinin qorunması və  möhkəmləndirilməsi sahəsində şərəfli xidmət missiyasını layiqincə yerinə yetirir.

Keçidlər