Yevlaxda 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir
8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin qaydalarına uyğun olaraq tədbir keçirilmişdir.
Şəhid anaları, habelə rayonun müxtəlif idarə təşkilatlarında çalışan,rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların iştirakı ilə keçirilən tədbiri açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik edərək bildirdi ki, Ümummilli liderimiz,Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycan qadınına yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar.”
Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Şəhər rəhbəri çıxışı zamanı 44 günlük Vətən savaşında qələbə qazanan müzəffər Azərbaycan Ordusunun əsgərlərini, müharibədə şəhid və qazı olan oğullarımızı dünyaya gətirən Anaların qarşısında baş əydiyini bildirdi.
Sonda çıxış edən şəhid anaları Səfalə Səmədova, Gülpəri Məmmədova, Şərafət Mehdiyeva öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Şəhid anaları və bir qrup qadın Şəhər rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunub.