Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ağsaqqallar şurasının konfransında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir

03 mart 2021 | 16:00


Yevlaxda rayon Ağsaqqallar Şurasının konfransı olmuşdur. İlk öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsi ziyarət edilmiş, abidənin önünə gül dəstələri qoyulmuşdur. Mövcud karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirdə ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir. Məruzə və çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlər sadalanmış, respublikamızın daha sürətli inkişafında rayon ağsaqqallarının da üzərinə müəyyən vəzifələr, həyata keçirilən nəhəng quruculuq tədbirlərində rayon ağsaqqallarının hər birinin səyinin vacibliyi vurğulanmışdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
Konfransda təşkilati məsələlərə baxılıb,  ağsaqqallar şurasının yeni tərkibi seçilmiş, Şura üzvləri və İdarə Heyəti formalaşdırılmışdır. Minnət Mürsəlov rayon Ağsaqqallar Şurasının yeni sədri seçilmişdir.

Keçidlər