Yevlax şəhər İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev onlayn formatda növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda əsasən müraciətlər sosial müdafiə məsələləri, işıq dirəyinin yerinin dəyişdirilməsi, suvarma suyu ilə təminatla bağlı olub.Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyati qurumlar üzrə yönləndirilib.Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Yevlax rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların şikayət və təkliflərin nəzarətə götürülməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.