Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr Zəfər Günü münasibətilə rayon ərazisindəki hərbi hissələrdə görüşlər keçirilib

08 noyabr 2023 | 16:58
8 Noyabr Zəfər Günü münasibətilə rayon ərazisindəki hərbi hissələrdə görüşlər keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər təşkil edilib. “N” saylı Hərbi Hissələrdə keçirilən görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri iştirak ediblər.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşlərdə çıxış edənlər hərbi hissələrin şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edərək bildirmişlər ki, Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində düşmən üzərində əzəmətli əldə olunub və 8 Noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 il öncə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və Qurani-Kərimə əl basaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Və 20 il sonra Xankəndiyə bayraq sancaraq, andına əməl etdi. Beləliklə, müstəqilliyin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərpa edilən dövlət oldu.
Keçidlər