8 Noyabr - Zəfər Günü ərəfəsində Yevlaxdan olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər verilib
08 noyabr 2026 | 14:31
8 Noyabr - Zəfər Günü ərəfəsində Yevlaxdan olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər verilib
8 Noyabr - Zəfər Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Yevlaxdan olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 27 mənzil verilib. Mənzillər Yevlax şəhərində yerləşən MİDA Yaşayış Kompleksindədir.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev iştirak ediblər.
Mənzillərin paylanılmasına həsr olunmuş tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının dövlətimizin uğurlu sosial siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, həmin kateqoriyalara aid vətəndaşların mənzillə təminatı tədbirlərinin də bu siyasətin əyani təzahürü olduğu qeyd ediblər.
Yeni mənzillə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.






