Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid anaları ilə görüş keçirildi

08 mart 2024 | 13:39
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid anaları ilə görüş keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 08.03.2024-cü il tarixdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyət Başçısı aparatının məsul əməkdaşları, şəhid anaları və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək şəhid analarını, şəhidlərin həyat yoldaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək qeyd edib ki, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir. Şəhid analarını martın 8-i günündə təbrik etməyi, həmişə olduğu kimi bu ildə xüsusi gündə onların yanında olmağı özümüzə borc bildik. Həmçinin vurğulayıb ki, qəhrəman analarımızın yetişdirdiyi qəhrəmanlarımız Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdilər. Belə igidlər böyüdən, tərbiyə edən anaların qarşısında baş əyirik.Xaliq Əliyev qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva tərəfindən canlarını azadlığımız, ərazi bütövlüyümüz uğrunda fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərimizə daim diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan ailələrin sosial-məişət və digər məsələlərinin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Şəhid anaları, şəhidlərin ailə üzvləri çıxış edərək hər zaman diqqət və yüksək qayğı ilə əhatələndikləri üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə məktəblilərin və Şəhər Yaradıcılıq Evinin kollektivinin ifasında anaya, vətənə, Şəhidlərimizin qəhrəmanlıqlarına həsr edilmiş şeirlər və musiqilər səsləndirilmişdir.
Keçidlər