Yevlaxda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb
Yevlaxda Xalqımızın çoxəsrlik tarixinin faciəli səhifəsi olan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü böyük ehtiramla yad edildi.
XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yevlax rayonunda məskunlaşan Xocalı sakinləri ilə birlikdə Şəhidlər abidəsini ziyarət edib karantin rejiminin qaydalarına riayət etməklə Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda canından keçən vətən oğullarının məzarları önünə gül dəstələri düzüblər.