Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət!” beynlxalq kampaniyası çərçivəsində Yevlaxda 613 ağac əkilib

20 fevral 2021 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Yevlax şəhərində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqdəsilə Yevlax şəhərinin Heydər Əliyev və Nizami prospektlərində, Dədə Qorqud parkında 613 ədəd Şam, göyrüş, akasiya, tuya və digər növ ağac əkilib. Şəhər ictimaiyyətinin və rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Keçidlər