Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 65 yaşdan yuxarı əhali qrupu peyvənd edilir.

09 fevral 2021 | 16:00


“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya Strategiyası”na əsasən  rayonda ilk mərhələdə səhiyyə işçilərindən, 08 fevral 2021-ci il tarixdən isə 65 yaşdan yuxarı şəxslərin peyvəndləməsinə başlanıldı.
05 fevral 2021-ci il tarixdən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə başlayıb, bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə şəhər İcra Hakimiyyətinin internet səhifəsində məlumat yerləşdirilib, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilib.

Keçidlər