Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda arxa cəbhə fəalları təltif edildi.

27 yanvar 2021 | 16:00


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun 10 dekabr 2020-ci il tarixli imzaladığı əmrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiklərinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Yevlax rayonunun bir qrup yerli icra strukturları, idarə, müəssisə və sahibkarlıq subyektlərində  çalışan nümayəndələr “Fəxri Fərman” və medallarla  təltif edilmişdir.

Keçidlər