Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoyunbinəsi kəndində tam orta məktəbin tikinti işlərinin gedişi ilə tanış olub
“Azərbaycan Respublikası Regionlarının 2019-2023-cu illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutlan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2019-cu il tarixli 1114 nömrəli Sərəncamına əsasən Yevlax rayonunun Qoyunbinəsi kəndində 432 yerlik yeni məktəb binası tikilir.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tikinti işləri ilə yerində tanış olmuşdur. Məktəb binası ilə tanış olarkən məlumat verildi ki, əvvəlki bina təmirə yararsız olduqdan sökülərək yenisi tikilib. Yeni məktəb binası 432 şagird yerlik olmaqla bütün lazımi infrastrukturla təmin ediləcək. Məktəbdə müasir laboratoriya, kitabxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalı və ayrıca istilik sistemi quraşdırılması nəzərdə tutulmuşdur.
Ümumilikdə görülmüş işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə diqqət və qayğısını göstərir.