Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 yanvar 2021 | 16:00

 

Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür.

Yevlaxda Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimi ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, sonra Şəhidlər Xiyabanında 20 Yanvar abidəsi ziyarət edilib,daha sonra Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin məzaları ziyarət olunub,  güllər düzülüb,şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib.
Xatırladaq ki, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bunula belə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bir neçə kollektiv üzvü ilə birlikdə gün ərzində Şəhidlər Xiyabanına gələrək, torpağı Vətən edənlərin xatirəsinə ehtiramlarını bildirəcəklər.
20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!

Keçidlər