Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan Adəm Mustafazadəyə təkərli oturacaq verilmişdir.
07 yanvar 2021 | 16:00
Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan Adəm Mustafazadəyə təkərli araba verilmişdir.
Adəm Mustafazadənin anası, rayonun Kövər kənd sakini, Məhluqə Mustafayevanın Yevlax Şəhər İcra Hakimiyytinə müraciəti nəzərə alınaraq onun sağlamlıq imkanları məhdud, 2017-ci il təvəllüdlü övladına təkərli oturacaq verilmişdir. Məhluqə Mustafayeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.