Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının Vətən Müharibəsində yaralanmış hərbiçilərlə və şəhid olmuş hərbiçilərin ailələri ilə görüşü davam edir.
Yevlax şəhər İcra Hakimiyyəti başçısınn müavini Elnarə Əzizova və aparatın məsul əməkdaşları Aran qəsəbəsində,Nemətabad, Səmədabad, Varvara, Aşağı Bucaq, Ərəş, Quşçu, Yaldili və Xanabad kəndlərində Vətən Müharibəsində yaralanmış hərbiçilərlə və şəhid olmuş hərbiçilərin ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.
ŞİH Başçısınn müavini Elnarə Əzizova qələbə münasibətilə qaziləri və ailələrini təbrik edərək, qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində sağlamlığını itirən şəxslərin daim qayğı ilə əhatə olunduğunu qeyd etmiş, yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə qeyd edilmişdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.