Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur yazan Ali Baş Komandan İlham Əliyev” mövzunda elmi-praktiki konfrans keçirilmişdir.

23 dekabr 2020 | 16:00

 

   Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki videokonfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyev bu gün tarixin ən qüdrətli  Azərbaycanın yaradıcısı olan cənab İlham Əliyevin Azərbaycan dövlətinin, vətəndaşının taleyinə, Azərbaycan xalqının tarixinə ən böyük, ən gur işıq saldığını və bu işıqlı yolla bizləri böyük zəfərlərə çatdırdığını bildirdi.


     Cənab Prezidentin Heydər Əliyev siyasi məktəbinin davamçısı olduğunu söyləyən Anar Tağıyev Azərbaycanın bu günki inkişafının məhz Heydər Əliyev ideyalarının möhtərəm Prezident tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olduğunu qeyd etdi. Və cənab İlham Əliyevin şəxsi keyfiyyətlərindən, təşəbbüskarlıqla yanaşı yüksək məsuliyyətidən , onun öz  sözünə  imzası qədər əhəmiyyət  verməsindən və həyatının bütün dövrlərində xalqına verdiyi vədləri əməli ilə doğrultduğundan ətraflı danışdı.
   Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfəri bizə bəxş edən, torpaqlarımızı düşməndən geri alan, öz adını Dövlətimizin şanlı tarixinə qızıl hərflərlə yazan Ali Baş Komandanımızı böyük Sərkərdə adlandıran Anar Tağıyev 44 günlük müharibə dövründə cənab Prezidentin yaxın silahdaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanizim missiyasını da yüksək dəyərləndirdi.
    Şəhər İcra hakimiyyətinin başçısı bu haqq savaşında qəhrəmancasına şəhid olan hərbiçilərimizə rəhmət diləyib, Vətən müharibəsində  yevlaxlıların da  Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı vuruşan Müzəffər Ordumuzun sıralarında göstərdiyi şücayətdən ətraflı danışdı və bütün yevlaxlıların cənab Prezidentin apardığı uzaqgörən, uğurlu siyasətinin ətrafında sıx birləşdiyini vurğuladı.
    Konfransda Milli Məclisin sədrinin  Birinci müavini Əli Hüseynli,millət vəkili, Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin sədri Musa Quliyev,millət vəkili, YAP Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Sevinc Fətəliyeva,millət vəkili YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Millət vəkili Müşfiq Məmmədli, Millət vəkili, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov çıxışlarında bildirdirlər ki, Azərbaycan xalqı İlhamla irəli deyərək cənab Prezidentimizin ətrafında sıx birləşdi,bunun nəticəsi olaraq topaqlarımız işğaldan azad edildi. Bundan sonra da Xalqımız öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.

Keçidlər