Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Vətən Müharibəsində yaralanmış hərbiçilərlə görüşüb.
Yevlax şəhər İcra Hakimiyyəti başçısınn müavini Elnarə Əzizova və aparatın məsul əməkdaşları Aran qəsəbəsində,Varvara və Yuxar Qarxun kəndlərində Vətən Müharibəsində yaralanmış hərbiçilərlə görüşüb, onların problemləri ilə maraqlanıblar.
ŞİH Başçısınn müavini Elnarə Əzizova qələbə münasibətilə qaziləri və ailələrini təbrik edərək, qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində sağlamlığını itirən şəxslərin daim qayğı ilə əhatə olunduğunu qeyd etmiş, yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.