Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının nümayəndələri rayon ərazisində dislokasiya edilmiş N saylı hərbi hissələrdə olmuşlar.
10 noyabr 2020 | 16:00
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının nümayəndələri rayon ərazisində dislokasiya edilmiş N saylı hərbi hissələrdə olmuş, hərbi hissələrin rəhbərliyini və şəxsi heyətini Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə münasibətilə təbrik etmiş, Azərbaycan dövlətçiliyinin, torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri sücayətə görə onlara minnətdarlıq bildirmişlər.