Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda pambıq yığımı davam edir.

03 noyabr 2020 | 16:00

Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir.

Sovet hakimiyyəti illərində Yevlax rayonunda pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev birinci katib seçildikdən sonra Azərbaycanda o cümlədən Yevlax rayonunda pambıq bitkisinin məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta nir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə artmaqda davam edirdir.
Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə son illərdə bu pambıqçılıq sahəsinə xüsusi diqqət göstərilir. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış ve dövlət proqramına daxil olmuşdur.
Bunun nəticəsidir ki, bu il Yevlax rayonunda 2330 hektar pambıq bitkisi əkilməsi üçün 174 fermer 1780 hektar “MKT İstehsal Konversiya” MMC ilə 75 fermer isə 550 hektar sahədə “P-Aqro” MMC ilə müqavilə bağlayaraq pambıq əkmişdir. Mövsüm ilində 249 fermerlərin ərazisində əkilmiş 2330 hektar pambıq sahəsində aqro texniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılmışdır. Becərmə işlərinə 2029 nəfər cəlb edilmişdir. Bununla yanaşı respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq Şəhər İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunmuşdur. Bunun nəticəsində də pambıq sahələrində yüksək məhsuldarlıq yaranmışdır. Pambıq sahələrindən 30 sentnerdən artıq məhsul gözlənilirdi. Hazırda rayonda pambıq yığımı bir aydan artıqdır ki, davam edir və pambıq yığımına 831 nəfər işə cəlb edilmişdir. Eyni zamanda pambıq yığımında 9 ədəd pambıq yığan konbayın, 22 ədəd pambığın daşınması üşün troktor, 51 ədəd pambığın daşınması üçün qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin kənarlarının hamarlanması üçün texnikalar işə cəlb edilmişdir.  Fermerlər tərəfindən bu ilki mövsüm ilində hədəf 7000 tonu keçməkdir. Pambıq sahələrində məhsul yığımı davam edir və fermerlər arasında məhsuldarlıq uğrunda rəqabət gedir. Mövsüm ilində bir çox fermerlər 42-53 sentner məhsul yığıb təhfil vermişlər. Fermer Məhərrəmov İsmayıl Rəşid oğlu 3 hektar pambıq sahəsindən 53,4 sentner, Qurbanov Orxan Yusif oğlu 14,3 hektardan 47,4 sentner, Muradxanov Ələddin Əşrəf oğlu 17,7 hektardan 46,80 sentner, Abbasov Tofiq Yaşar oğlu 12 hektardan 44,4 sentner, Əsgərov Mahir Adil oğlu 17,2 hektardan 43,1 sentner, Əşrəfov Oktay Bəylər oğlu 26 hektardan 42,2 sentner məhsul yığmışlar. Hazırda sahələrimizdə bol məhsul var və pambıq yığımı davam edir.
Keçən ilin mövsüm ilində Yevlax rayonunda 2406,8 hektarda pambıq becərilmiş, bundan 6347,8 ton pambıq istehsal olunmuş və məhsuldarlıq 26,4 sentner olmuşdur. Bu mövsüm ilində qeyd olunduğu kimi fermerlər 7000 tondan artıq məhsul yığaraq, məhsuldarlığı hədəf olaraq 30 sentnerdən artıq olmaqla planlaşdırmışlar.

 

Keçidlər