Şriftin ölçüsü :

Saytın rəngi :

İMƏCİLİKLƏR MÜTƏŞƏKKİL DAVAM EDİR

23 aprel 2014 | 15:00

Son 10 ilin bizə ən böyük töhfəsi doğulub, boya-başa çatdığımız müasir Yevlaxdır. Bu şəhərin ən gözəl atributlarından biri də yaşıllıqlar, təmizlik və ekologi saflıqdır. Bütün bunları yüksək dəyərləndirən yevlaxlılar insan həyatı üçün zəruri əhəmiyyət kəsb edən təbiətin gözəlliklərinə biganə qalmır, ona daim qayğı göstərənlərə köməkliklərini əsirgəmirlər. Bu məqsədlə tez-tez iməciliklərə çıxır, mövcud yaşıllıqlara qulluq etməklə yanaşı onların ərazilərini yeni basdırılmış gül-çiçək, şam, küknar, çinar, 2ağcaqayın və digər bitkilərlə genişləndirirlər. Bu günlərdə şəhərin Heydər Əliyev prospektinin Bərdə rayonu istiqamətinə uzanan hissəsində qızğın iş gedirdi. Burada Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Yevlax şəhəri üzrə Maliyyə idarəsinin, Təhsil, Meşə mühafizəsi və bərpası idarəsinin, Rayon baytarlıq idarəsinin, GEM-in, Regional Poçt  flialının, YAP Yevlax Rayon Təşkilatının, Beynəlxalq bankın digər idarə və müəsissələrin 500-dən çox əməkçisi kütləvi sürətdə iməclik keçirirdilər. Onlar mövcud yaşıllıq massivinə qayğı göstərmək ərazini yabani bitkilərdən və alaq otlarından təmizləmək, qurumuş budaqları budamaqla yanaşı təmizlik və səliqə-sahman işləri də görürdülər.
Şəhər İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Zakir Rzayev bildirdi ki, bu gün ərazidə daha 2000 ədəd şam ağacı əkiləcəkdir. Gördüyünüz kimi prospektin hər iki tərəfində qızğın iş gedir. Onlar böyük həvəslə çalışır, yeni əkiləcək ağaclar üçün xəndək qazırlar. Bütovlükdə 3,7 kilometrlik ərazidə salınmış yaşıllıq massivinə qulluq bu gün yekunlaşdırılacaqdır.
Biz bununla kifayətlənmir, şəhərimizin  mövcud gözəlliyinin miqyasını daha da genişləndiririk. Bu xeyirxah işdə söz yox ki, yaşıllıq, təmizlik, kommunal təssərrüfatı sahəsində çalışanlarla bahəm idarə, müəssisə, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının kollektivləri də öz qəlblərinin istəyi  ilə həvəslə iştirak edirlər.

Keçidlər