Şriftin ölçüsü :

Saytın rəngi :

SƏRƏNCAM VERİLMİŞDİR

24 aprel 2014 | 15:00

Hər il olduğu kimi, Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin doğum günü şəhərimizdə də təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər planına əsasən, ulu öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində şəhərin idarə və təşkilatlarında, təhsil  müəssisələrində Heydər Əliyevin həyat və fəaliyyəti barədə məşğələlərin, söhbətlərin, dəyirmi masaların, dərslərin, ümummilli liderin adını daşıyan Mərkəzə kollektivlərin ekskursiyalarının təşkili, ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin, idmanın müxtəlif növləri üzrə turnirlərin, şahmat turnirinin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər