Yevlax Şəhər İcra hakimiyyətinin nümayəndələri körpələr evi-uşaq bağçalarına baxış keçirmişlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il sentyabr ayının 15-dən ümumtəhsil məktəbləri ilə birgə körpələr evi-uşaq bağçaları da fəaliyyətə başlamışdır.
Bağçaların inzibati binalarında, həyətyani sahələrində təmizlik-abadlıq, dezinfeksiya işləri aparılmış, gigiyenik vasitələrlə təmin olunmuşdur. Hər gün uşaqların tempuraturları ölçülür. Tərbiyəçilər mütəmadi olaraq valideyinlərlə marifləndirici söhbətlər aparır, uşaqlara təmiz havada məşğələ keçməyə üstünlük verirlər. Bağçalarda uşaq sayının azalması müşahidə olunsada uşaqlar arasında yoluxma qeydə alınmamışdır.
Şəhər icra hakimiyyətinin nümayəndələri şəhər ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baxış keçirmiş, bağçalarda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə tanış olmuşlar. Baxış zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə uşaq-tərbiyə müəssisələrinin kollektivlərinə öz tövsiyyələrini vermişlər. Qeyd olunmuşdur ki, hər gün otaqlar dezinfeksiya edici vasitələrlə silinməli, uşaqlarla ünsiyyətdə olan hər kəs gigiyenik qaydalara riayət etməli, qoruyucu maskalardan istifadə etməli, gündəlik uşaqların tempraturu ölçülməli, qrip, öskürək olarsa həmin uşaqların bağçaya buraxılmamalıdır. Uşaqların qida rasionuna da diqqət olunmalıdır. Sanitar qovşaqların təmizliyinə xüsusi diqqət yetirilməlidir.