Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

18 sentyabr 2020 | 16:00


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Şəhər İcra Hakimiyyəti başçısının 18 sentyabr 2020-ci il tarixli 75 saylı Sərəncamı ilə Yevlax İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 21.09.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Yevlax İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və  11.10.2020-ci il tarixdə başa çatacaqdır.

Keçidlər