Yevlaxda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib
Yevlaxda bu il ali məktəblərə test imtahanında yüksək nəticələr göstərən rayonunun orta ümumtəhsil məktəblərini bitirən gənclərlə görüş keçirilmişdir.
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Təhsil şöbəsinin rəhbərləri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətini başçısı Anar Tağıyev ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışmışdır. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilmişdir.
Bildirilmışdir ki, Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2019/2020-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 582 nəfər məzundan 34 nəfəri 500-ən, 10 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Yevlax rayonu üzrə ən yüksək nəticəni I-ci ixtisas qrupu üzrə Aran qəsəbə 2 saylı tam orta məktəbinin məzunu Cəmil İsmayıllı (656 bal) göstərib. Bunun böyük nailiyyət olduğunu bildirən Anar Tağıyev 2020/2021-ci tədris ilində daha da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğulayıb, tələbə adını qazanmış məzunlara uğurlar arzulayıb.
Görüş iştirakçıları pespublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını biliriblər.
Görüşün sonunda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə təşəkkür edib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzuladı.