Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.

15 avqust 2020 | 16:00


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər davam etdirilir. 

Bu, çox yaxşı haldır ki, artıq ölkəmizdə koronavirusa yoluxanların sayı nəzərə çarpacaq qədər azalmışdır.
Yevlaxda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı reydlər, maarifləndirmə və dezinfeksiya işləri həyata keçirilir.
Növbəti sanitar-dezinfeksiya tədbirləri zamanı aidiyyəti qurumlar tərəfindən Yevlax şəhərinin prospekt və küçələrində kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərinin qarşısında, avtobus dayanacaqlarında, park və xiyabanlarda tibbi-profilaktik işlər aparılıb.
Yevlax Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən mütəmadi olaraq reydlər və maarifləndirmə işləri də davam etdirilir. insanların daha sıx istifadə etdiyi ərazilərdə, ticarət obyektlərində reydlər keçirir. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunur, koronavirus pandemiyasından qorunmaq üçün məlumat vərəqləri və flayerlər paylanılır. Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir. Küçə və meydanlarda, xidmət obyektlərində, çoxmənzilli yaşayış binalarında maarifləndirici yapışdırılır.
Vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndiriblər.

 

 

 

 

 

Keçidlər