Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir.

05 iyul 2020 | 16:00

 

⁣Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 12-i şəhərdə ,23-ü kəndlərdə olmaqla 35 mobil qruplar yaradılmışdır. 

Yaradılmış mobil qruplar tələb və tövsiyələri sakinlərə çatdırmaq üçün öz fəaliyyətlərini hər gün davam etdirirlər.Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplarla birgə Yevlax şəhərində və rayonun kəndlərində insanların daha sıx istifadə etdiyi ərazilərdə ictimai iaşə obyektləri, ticarət obyektlərində reydlər  aparılıb, reyd zamanı insanlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunub, maarifləndirici söhbətlər aparılıb və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün məlumat vərəqələri paylanılıb.

Keçidlər