Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ

13 dekabr 2013 | 16:00

…Düz 10 il əvvəl, 2003-cü ilin bu günü Azərbaycan xalqı hüznlü bir xəbərin kədərini yaşadı. Bütün şüurlu həyatını canından artıq sevdiyi Vətəninin və xalqının tərəqqisinə, inkişafına həsr edən ümummilli lider Heydər Əliyev aramızdan getmişdi. İnsanlar onun üçün ən əziz, doğma, munis adamları kimi içdən üzüldülər, ürəkdən ağladılar. Hər zaman Azərbaycan sevgisini ürəyinin başında saxlayan ulu öndərin yeri də təbii olaraq Vətənimizin ürəyi hesab olunan gözəl Bakımızda, Fəxri Xiyaban oldu. Və o gün-bu gün qədirbilən xalqımız hər ilin 12 dekabrını ulu öndərin anım günü kimi hörmətlə, məhəbbətlə qeyd edir.
…Bu gün də o günlərdən biridir. Təbiətin qış gözəlliyi şəhərimizi bürüyüb. Günlərdir hökm sürən soyuq hava şəraitinə indi həm də göyün yerə nuru, bərəkəti sayılan qarın yağması da əlavə olunub. Amma buna baxmayaraq artıq şəhərimizin baş meydanına, ümummilli liderin əzəmətli heykəlinin ucaldığı məkana insan axını başlayıb. Əllərində gül dəmətləri, al-əlvan çiçək dəstələri olan insanlar nizamla sıraya düzülürlər. Çünki bir azdan ulu öndərin xatirəsinə həsr edilmiş ümumşəhər tədbiri start götürəcək.
Tədbirin başlanmasına qalan vaxtdan istifadə edərək anım günü ilə bağlı insanların təəssüratlarını öyrənmək istəyirəm. İlk müsahibim:
-Məryəm MƏMMƏDOVA (şəhər sakini): — Evdar adamam. Amma bir insanlıq və vətəndaşlıq borcu bildiyimdən bu gün burada, bu meydandayam. Bu böyk insanın xalqımız qarşısındakı xidmətləri sayılmaqla qurtaran deyil. İki dəfə dövlətimizin başçısı olmaq qismətinə düşmüş ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dönəmində təkrar-təkrar sübut edib ki, o, Azərbaycanı və azərbaycanlıları necə sevir.
-Rafiq ƏLİYEV (YAP Yevlax Rayon Təşkilatında təlimatçı:)  -Özünüz də bu qələbəliyin şahidisiniz. Onu da görürsünüz ki, meydanda olanların çox böyük əksəriyyətini gənclər təşkil edir. Bilirsiniz, bu təsadüfi bir şey deyil. Ulu öndər hər zaman ölkəmizin gəncliyinə həssas bir münasibət göstərmişdir. Rəhbərliyinin sovet dönəminə düşən mərhələsində ulu öndər respublikada gənclərin yaxşı yaşaması, təhsil alması, yüksək vəzifələrə irəli çəkilməsi

Keçidlər