Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev şəhərin idarə müəssisə rəhbərləri və inzibati ərazi dairələri üzrə nüməyəndələri ilə videokonfrans keçirmişdir.

03 iyul 2020 | 16:00

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana olan böyük etimadıdır

Yevlax şəhər  İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev şəhərin idarə müəssisə rəhbərləri və inzibati ərazi dairələri üzrə nüməyəndələri ilə videokonfrans keçirmişdir. Dünyanın 130-dan çox dövləti tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsinə həsr olunmuş videokonfransda çıxış edən icra başçısı qeyd etmişdir ki, bütün dünyanı çətin sınaq qarşısında qoyan koronavirus Pandemiyası insanların həyatı üçün ciddi problemlər yaratmaqla bərabər, dünya miqyasında qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmış, hətta dünyanın nəhəng dövlətləri belə virusla mübarizədə çox çətin vəziyyətə düşmüşlər.
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarəndövlət səviyyəsində bütün zəruri və lazımi addımları atan Prezident İlham Əliyev çox böyük məsuliyyət göstərib birmənalı şəkildə öz vətəndaşının sağlamlığını ön planda tutdu. Bunun olkə iqtisadiyyatına, iqtisadi fəallığa mənfi təsirlərini əvvəlcədən bilərək, yenə də insanların sağlamlığını hər şeydən daha vacib sayaraq onları qorumaq məqsədilə olkə miqyasında məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə göstəriş verdi. Pandemiyadan zərər görmüş şəxslərə və sahibkarlara dövlət səviyyəsində maliyyə dəstəyi göstərildi. 600 min insan yaşayış minimumu həcmində birdəfəlik müavinət ilə təmin olundu. Bütün bunlara isə yalnız uzaqgörən və düşünülmüş siyasət,  güclü dövlət və güclü iqtisadiyyat sayəsində nail olmaq mümkün oldu.
Son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində Azərbaycanda sabit və dayanıqlı iqtisadiyyat qurulmasına nail olunmuşdur. Bunun nəticəsidir ki, ilin əvvəlindən ölkəmizin koronavirus pandemiyasından əziyyət çəkməsinə və ölkə iqtisadiyyatında 1,7 faizlik geriləmə müşahidə olunmasına baxmayaraq, heç bir sosial layihə ixtisar olunmadı. Qısa müddət ərzində 5 modul tipli xəstəxana fəaliyyətə başladı. Yaxın vaxtlarda onların sayının 10-a çatdırılması gözlənilir. Bundan əlavə, ölkəmizdə məcburi köçkünlər üçün şəhərciklərin inşası, yeni təhsil müəssisələrinin tikintisi davam etdirilir. Ölkə Başçısının da qeyd etdiyi kimi, dövlət koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsinin dəyişməz qalması üçün çalışır və bu məqsədlə bütün imkanlarını səfərbər edib.
Hamınıza yaxşı məlumdur ki, ölkəmiz müharibə şəraitində yaşayır, ordu ilə bağlı bütün məsələlər dövlət siyasətinin əsas prioritetlərindəndir. Hətta neftin qiymətinin ucuzlaşması, pandemiyanın iqtisadiyyata mənfi təsirləri belə bu sahəyə olan diqqət və qayğını bir an olsun belə zəiflətməmişdir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan ordusu dünya ordularının reytinqlərində 50 ən güclü ordu sırasındadır. Milli orduda xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait və imkanlar yaradılıb. Ölkə başçısının göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar yenidən qurulur, ordunun hava hücumuna qarşı müasir qurğularla, silah–sursat və texnika ilə təchizatı yüksək səviyyədə həyata keçirilir.
2016–ci lin Aprel döyüşləri, həmçinin uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazinin erməni işğalçılarından azad olunması və Azərbaycanın strateji yüksəkliklərə nəzarət imkanları qazanması bir daha onu göstərir ki, ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirmək əzmindədir. Bu gün Azərbayvan ordusunun günü-gündən artan gücü danılmazdır. Güclü ordu isə dövlət müstəqilliyinin təminatşısı, qarantıdır.
30 ilə yaxındır ki, Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Beynəlxalq nüfuzlu tədbirlərdə söz sahibinə çevrilib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə də koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslərin irəli sürülməsi dəbunun bariz nümunəsidir.
Təssüf hissi ilə qeyd etməliyik ki, dünyanın aparıcı dövlətləri ümumi bəlaya qarşı birləşmək əvəzinə daha çox özünütəcridə üstünlük verir və nəticədə dünya daha çox insan itkisi, iqtisadiyyatların zəifləməsi və hətta çökməsi təhlükəsi ilə üz–üzə qalır. Bu səbəbdən də bu gün qlobal həmrəyliyə böyük ehtiyac yaranıb. 
Bu məqsədlə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edilmiş, ölkəmiz COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım etmişdir. Ölkə Başçısı Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir.
Zirvə görüşünə beynəlxalq aləmin diqqəti, 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin getdikcə daha da artan nüfuzundan, Azərbaycanın müstəqil bir dövlət kimi əhəmiyyətindən xəbər verir. Bu həm də beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. 
Bütün dünyanın COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı bir zamanda Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsionun bir dövlət kimiəsl irticaçı mahiyyətini bütün dünyanın gözləri qarşısında bir daha sərgiləmiş oldu.
Təşəbbüsü dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş ən kiçik ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.  
Bu tədbir göstərdi ki, ölkəmizin Başçısı dünyanı cənginə almış ümumi bəla ilə yalnız milli səviyyədə, ölkə hüdudları daxilində mübarizə aparmaqla qalmır, həmçinin, regional və qlobal miqyasda mübarizədə birliyin, həmrəyliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Bununla həm də multilaterizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zərurriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi.
Ümid edirik və inanırıq ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq, bu sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.
Daha sonra çıxış edən Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev çıxış edərək Azərbaycan Respublikası Prezident Cənab İlham Əliyevin təşəbbüsü ilə multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətin insanlar tərəfindən məmnunluqla qarşılandığını, qəbul edilən təşəbbüsün Ölkə Rəhbərimizin nüfuzunun yüksək olduğunu göstəricisi olduğunu qeyd etdilər. Ölkə Rəhbərimizin koronovirus bəlasına qarşı apardığı uğurlu mübarizə tədbirləri nəticəsində Azərbaycanda virusun digər inkişaf etmiş ölkələrə nəzərən az az yayıldığını bildirdilər.Öz çıxışlarında insanları duyarlı olmağa çağırdılar.
Tədbirə yekun vuran ŞİH-nin Başçısı videokonfransda iştirak edən idarə-müəssisə rəhbərlərinə xitabən söylədi ki, hər biriniz çalışmalısınız ki, insanlar arasında virusun yayılması baş verməsin. Rayon Rəhbəri çıxışına əlavə etdi ki, hər kəs təkcə öz sahəsində rəhbərlik etdiyi kollektivdə yox, qohumları, qonşuları ilə də bu barədə maarifləndirici söhbətlər aparmalı, sakinləri virusdan qorunması işinə öz tövhələrini verməli, insanların Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə qeyd şərtsiz əməl etməsini təmin etməlidirlər.

Keçidlər