Yevlax Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti onlayn qəbulu keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti onlayn qəbulu keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 23 iyunda vətəndaşlarla növbəti onlayn qəbulunu kecirib. Keçirilən növbəti video qəbulda 30 nəfər vətəndaşın müraciəti dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və İcra Hakimiyyətinin səlahiyyətləri daxilində mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Video qəbul zamanı Şəhər Rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmalarinin vacibliyini bildirib.Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Yevlax şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.