Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı 15 iyun tarixini milli qurtuluş, işıqlı gələcəyin başlanğıc günü kimi bayram edir

15 iyun 2020 | 16:00

 

Hər bir xalqın taleyində ağır, çətinliklərlə dolu aylar, illər olur və hər əsrdə elə bir oğul doğulur ki, o, öz xalqının nicatına yetişə bilir, onu məhv olmaqdan xilas edir. Məhz Tanrının xalqımıza bəxş etdiyi ulu öndər Heydər Əliyev belə şəxsiyyətdir.
1993-cü ilin iyun ayındakı ictimai-siyasi prosesləri, xalqımız üçün çətin, ağrılı günlərdir. "1993-cü ilin iyununda ölkəmizi xaos və anarxiya bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükə altına almışdı. Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğal edilir, siyasi vəziyyət getdikcə gərginləşirdi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanımızın başının üstünü qara buludlar alanda, tək müstəqillik deyil, doğma Azərbaycanımız məhv olub, parçalandığı bir dövrdə - 1993-cü ildə Ulu Öndər xalqın istək və arzusunu eşidərək onun nicatına çatdı. Hakimiyyətə gəlişi ilə xalqı qardaş qırğınından, ölkəmizi parçalanmaqdan, xarici və daxili düşmənlərin məkrli siyasətindən xilas edə bildi. Ən başlıcası isə Ermənistan və dünya dövlətləri başa düşdülər ki, Azərbaycan sahibsiz deyil. Onun Heydər Əliyev kimi müdrik rəhbəri, uzaqgörən, qətiyyətli bir lideri vardır.
Azərbaycan xalqının ağır günündə məhz ümummilli lider Heydər Əliyev öz həyatı bahasına ölkəmizi xilas edərək, xoşbəxt gələcəyi olan işıqlı bir yola çıxardı. Azərbaycanın səmasında günəş kimi parladı. Ən başlıcası isə memarı olduğu Azərbaycan dövlətçiliyini etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri Prezident İlham Əliyevə əmanət etdi. Odur ki, Azərbaycan xalqı 15 iyun tarixini sözün həqiqi mənasında özünün milli qurtuluş günü, nicat günü, işıqlı gələcəyinin başlanğıc günü kimi bayram edir və bugünkü firavan həyat üçün daim ulu öndər Heydər Əliyevin əziz xatirəsini minnətdarlıqla anır, qəlbində əbədi yaşadır.
       

 

             Vaqif Əliyev
Yevlax şəhər Ağsaqqallar Şurasının üzvü

Keçidlər