Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yeni nasos qurğuları istifadəyə verilib.

13 iyun 2020 | 16:00

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. 

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.Yevlax rayonunun Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Göyük və Rüstəmli kəndləri ərazisindəki əkin sahələrinə 68 subartezian quyusu vasitəsilə su verilir. Hazırda həmin kəndlərdə pambıq, günəbaxan və digər yaz əkin bitkiləri suvarılır. Son günlərdə 250 hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edən 8 ədəd subartezian quyusuna 4 yeni nasos qurğusu quraşdırılıb, 4 nasos qurğusu isə əsaslı təmir olunaraq kənd sakinlərinin istifadəsinə verilib. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri əkinlərin suvarma suyuna ehtiyacı olduğu hazırkı dövrdə subartezian quyularının təmir edilərək istifadəyə verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Yevlax rayonu ərazisində 39 min 849 hektar suvarılan torpaq sahəsi var. Yuxarı Qarabağ kanalı vasitəsilə 26 min 751 hektar, Şirvan kanal vasitəsilə 6923 hektar, Kür çayından nasos stansiyaları vasitəsilə 2664 hektar, Əlican çayı vasitəsilə 600 hektar, Tərtər çayı vasitəsilə 1711 hektar, subartezian quyuları vasitəsilə isə 1200 hektar sahə suvarılır.

 

 

 

 

 

 

Keçidlər