Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax zəngin ənənəsi olan pambıqçılıq rayonudur.

11 iyun 2020 | 16:00

 

Bildiyimiz kimi pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovet hakimiyyəti illərində Yevlax rayonunda insanlar pambıqçılıqla məşğul olmuşlar. Ancaq ən sürətli artım Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.
Ulu öndər Heydər Əliyev birinci katib seçildikdən sonra Azərbaycanda o cümlədən Yevlax rayonunda  pambıq bitkisinin  məhsuldarlığı artaraq, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə artmaqda davam edirdir.
Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə son illərdə bu pambıqçılıq sahəsinə xüsusi diqqət göstərilir. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikaların alınmış və dövlət proqramının qəbul olunmuşdur.
Bunun nəticəsidir ki, Yevlax rayonunda 2020-ci il mövsümü ilə əlaqədar 2330 hektar pambıq bitkisi əkilmişdir. 1780 hektarı “MKT İK” MMC tərəfindən 550 hektarı isə “Pagro” MMC tərəfindən əkilərək 247 fermer ilə müqavilə bağlanmışdır. Əkilmiş sahələrdə Pambıq bitişi tam alınmış və 1884 nəfər becərməyə cəlb edilmişdir. Hazırda pambıq sahəsində becərmə işləri davam edir. 2019-cu ildə 2406,8 hektarda pambıq bitkisi əkilmiş və əkin sahələrindən 6347,8 ton pambıq məhsulu toplanmışdır. Məhsuldarlıq isə 26,4 sentiner olmuşdur. Bu da 2018-ci il ilə müqayisədə  1051,4 ton çox olmaqla hər hektardan 5,2 sentiner çox olmuşdur.Cari mövsümdə Yevlax rayonunun fermerləri tərəfindən məhsuldarlıq hədəfi 30 sentiner və məhsul yığımı 7000 tondan çox  qarşıya qoyulmuşdur.

 

Keçidlər