Şriftin ölçüsü :

Saytın rəngi :

Koronovirusa qalib gəlməyin ən yaxşı yolu qaydalara əməl etməkdir.

08 iyun 2020 | 16:00

 

        Hazırda dünya çox çətin bir sınaqla qarşı-qarşıyadır. Bütün  dünya  COVİD-19 pandemiyası ilə mübarizə aparır. Hətta nəhəng dövlətlər belə bu virus qarşısında aciz qalmışdılar. Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa kimi böyük dövlətlər vaxtında pandemiyaya qarşı tədbir almadıqlarından, bu ölkələrdə virusa yoluxanların sayı günü-gündən artmaqdadır. Artıq bu dövlətlərdə nə qədər karantin rejimi yaratsalarda, pandemiyanın qarşısını ala bilmirlər.
       Azərbaycan rəhbərliyi vaxtında ölkədə  karantin rejimi tətbiq etdi və bununlada pandemiyanın qarşısını xeyli almış oldu. Aprel, may aylarında dünya dövlətləri ilə müqayisədə Azərbaycanda bu virusa yoluxanların və ölənlərin sayı xeyli sayda aşağı idi. Bütün dünyada olduğu kimi Azərbaycanda da may ayından yumşaldılma rejimi tətbiq olundu. Bundan istifadə edən bəzi vətəndaşlar ehtiyac olub-olmadığı halda belə evlərdən küçə və bazarlara axışdılar. İlk baxışdan hansı vətəndaşda xəstəlik olduğu məlum olmadığından buda böyük bir risk yaradır. Beləki insanlar maskasız bir yerə toplanırlar, söhbət edirlər və  gözə görünməz virus xəstə insanlardan sağlam insanlara keçir.
        Azərbaycanda karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxma halları və ölüm sayı artmağa başlayıb.
       Son günlər Azərbaycanda yoluxma dərəcəsi xeyli artıb, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Artıq ölkədə yumuşaldırma rejimində bəzi dəyişiklərinin edilməsinə ehtiyac duyulur . Yenidən ictimai və fərdi nəqliyyatın hərəkətində, küçəyə çıxmada, bəzi obyektlərin fəaliyyətində məhdudiyyətin qoyulması qaçınılmaz olmuşdur. 
        Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində  Prezident İlham Əliyev  Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Muzeyin açılışına Prezidentin maska ilə gəlməsi, ölkə rəhbərinin karantin rejiminə əməl etməsinin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu örnək addımı bütün ölkə vətəndaşlarına nümunə  olmalıdır.
        Bu gün ölkədə karantin rejiminə əməl olunması, vətənimizin gələcəyini qorumaq deməkdir. Hər bir vətəndaş ölkə rəhbərliyinin verdiyi qərarlara hörmətlə yanaşmalı, vicdanla bunu əməl etməlidir. Çünki, gələcək sağlam Azərbaycan üçün Prezidentimizin ətrafında birləşməli, ölkəmizin sabahını düşünməliyik.


                                                Elgün Abdulla
                             Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı

Keçidlər