Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayon ziyalısı Knyaz Əliyev Ölkəmizdə həyata keçirilən son tədbirlərə münasibət bildirib.

12 may 2020 | 16:00

  


Dövlətimiz keçdiyi ağır sınaqlarla dolu illəri arxada qoyaraq sürətli iqtisadi güc əldə edib beynəlxalq aləmdə söz sahibi ünvanına sahiblənmişdir. Bu gün Azərbaycan  təkcə regionun deyil, dünyanın sürətlə inkişaf edən ölkələri sırasında özünə yer tutmuşdur.


Azərbaycan bütün sahələrdə Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu islahatlar nəticəsində inkişafa nail olub. Bütün sahələrdə inkişaf, şəffaflıq, demokratik dəyərlərə sahib olmaq hər bir vətəndaşın haqqına çevrilib. Lakin, Ölkə Başçısı  Cənab İlham Əliyevin verdiyi  tapşırıqları düzgün anlamayan bir sıra rəhbər şəxslər  var ki, onlar rüşvət və korrupsiyanı əməli fəaliyyət kimi başa düşürlər. Belə naqis xislətli insanlar Dövlət Təhlükəsizliyi Xidmətinin səyi nəticəsində aşkarlanaraq layiqli cəzalarını alırlar. Təəssüf hissi ilə qeyd etməliyik ki, dünyanı təhdid edən COVİD-19 pandemiyasından ölkəmizin daha az itkilərlə çıxmasına zəmin yaratmaq üçün gecə gündüz çalışan Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə qarşı çıxanlar da vardır. Bu kimi insanlar bilərəkdən dövlətin mənafeyinə və insanların heysiyyatına zərbə vururlar. 
             Bizim rayonumzda da çox təssüf ki, belə neqativ hal baş vermişdi.Hazırda hüquq mühafizə orqanları tərəfindən  məsələ ilə əlaqədar araşdrıma aparılır, inanırıq ki yaxın zamanlarda öz hüquqi qiymətini alacaqdır.
Biz yevlaxlılar Son dövrlərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da kadr islahatlarını aparması rəhbərliyə yeni düşüncə tərzinə malik insanların gətirilməsi qeyd olunan neqativ hallara qarşı mübarizəni gücləndirmiş, görülən tədbirlər ümumxalq dəstəyini almışdır.
Cənab Prezident, dövlətimizə və dövlətçiliyimizə sadiq olan insanlar Sizin ətrafınızda bundan sonra daha sıx birləşəcək, Sizə sədaqətlə, məhəbbətlə xidmət edəcəklər.

Hər birimiz cəmiyyətimizdə özünə yer almış neqativ hal olan korrupsiya və rüşvətxorluğun birmənalı şəkildə həyatımızdan silinməsi üçün həyata keçirdiyi  tədbirlərə görə Möhtərəm Prezidentimizə öz minnətdarlıqlarını bildiririk.

Keçidlər