Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

08 may 2020 | 16:00

                                     

Yevlax Şəhər İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər.


Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırırlar. Sosial müavinətlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin ictimai nəqliyyat vasitələrindən istifadə edən hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət edilməsi tövsiyə olunub.
ŞİH-nin əməkdaşları və könülülər sakinlərə sosial məsafənin hər kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə maarifləndirici səpkidə söhbətlər aparılıb və tibbi maskalar paylanıb.

                                                                                                                                 

 

                                                                                                                                 

 

                                                                                                                                   

Keçidlər