Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Yevlaxda 26 ton barama tədarükü gözlənilir

03 may 2020 | 16:00

 

Cari ildə Yevlaxda yaş barama istehsalının əvvəlki illərlə müqayisədə artırılaraq 26 tona çatdırılması qarşıya hədəf qoyulub. Bu məqsədlə 600 qutu (11 min 400 qram) ipəkqurdu toxumu gətirilərək 300-dən çox kümçüyə paylanılıb.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə həmin il rayon ərazisində 95 min ədəd, 2017-ci ildə 53 min ədəd, 2018-ci ildə 35 min ədəd, 2019-cu ildə isə 39 min 200 ədəd tut tingi əkilib. 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 11 ton, 2019-cu ildə 7,54 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

                                                                                                       

                                                                                                     

                                                                                                         

Keçidlər