Yevlaxda pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər müzakirə olunub
Yevlax Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.
Əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi videomüşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən tədbirlər bir daha müzakirə olunub, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı tərəfindən ölkəmizdə korrupsiya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar. Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.