Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda video qəbullar ənənəyə çevrilib

21 aprel 2020 | 16:00

                                                                                                              

Aprelin 21-də keçirilən keçirilən növbəti video qəbul zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayon sakinlərinin işlə təmin olunma, ünvanlı sosial yardım təyin edilməsi, müalicə olunmaqla bağlı maddi yardım göstərilməsi, kənd yolların təmiri və s. ilə bağlı müraciətlərini dinlədi,  icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstəriş verdi, digər məsələlər isə aidiyyatı orqanalara  çatdırılması üçün qeydiyyata götürüldü.

Video görüşdə Prezident İlham Əliyevin  karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş  sərəncam və tapşırıqları, mövcud vəziyyətdə əhalinin qarşısında duran vəzifələr barədə məlumat verildi.
Sakinlər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımlarını və onun səylərini dəstəklədiklərini bildirdilər.

Keçidlər