Yevlax Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşuldu
20 aprel 2020 | 16:00
Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasina qoşulmuşlar.Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları “Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.